Türkiyədə Polad Həşimovla bağlı film çəkildi - VİDEO

Türkiyədə Polad Həşimovla bağlı film çəkildi - VİDEO

Hazırda oxunan: Türkiyədə Polad Həşimovla bağlı film çəkildi - VİDEO

12259

Şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş film çəkilib.

Bizim.Media xəbər verir ki, Türkiyənin məşhur "Yenişafak" qəzetinin layihəsi olan "Tabuta sığmayanlar" proqramının 104-cü buraxılışını şəhid general-mayor Polad Həşimova həsr edib.
Frilmin rejissoru Samir Babaoğlu və Ender Çinardır.

 

MÖVZU İLƏ BAĞLI:

Polad Həşimov yeni zirvədə - Özəl


Filimdə Polad Həşimovun bacısı Kəmalə Həşimova, anası Səmayə Həşimova, qardaşı İlham Həşimov və silahdaşları onun haqqında xatirələrini bölüşüblər.

Xatırladaq ki, bundan öncə proqramın 101-ci buraxılışı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr edilib.

Proqramın rejissorlarından olan Samir Babaoğlu İkinci Qarabağ Müharibəsində şəhid olan azərbaycanlı qəhrəman əsgərlərin həyatını çəkmək üçün bu yay Azərbaycana səfər edəcəyini bildirib.

Qeyd edək ki, "Tabuta sığmayanlar" Türkiyənin PKK terror təşkilatı, Suriya və İraqdakı müharibələrdə şəhid olan türk əsgərlərinin mübarizəsindən bəhs edir.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO