31 il əvvəl Xocalıda baş verən erməni vəhşiliyi əbəs yerə bəşər tarixinin ən qəddar ən amansız cinayəti sayılmır. Ermənilərin həmin gecə törətdiyi əməllər bəşəriyyətin üzqarasıdır, insanlıq adına sağalmaz yaradır. O gecə düşmən təkcə mülki insanları qətlə yetirmirdi, həm də qətlə yetirilən insanların meyitləri üzərində ən ağır cinayətləri törədirdilər.
9 gün düşmən arxasında qalan Xocalı sakini Ramiz Məmmədov gördüklərindən düz 9 ay sonra özünə gələ bilməyib.
Ramiz Məmmədov indi Xocalı həqiqətlərini bütün dünyaya danışmaq istəyir. Onunla hazırladığımız video müsahibəsini təqdim edirik:
Əhməd Fikrət oğlu, Bizm.Media