Ukrayna prezidenti Volodimir Zelenski Rusiya işğalının başlanmasının ildönümü münasibətilə ukraynalılara müraciət edib.
Bizim.Media xəbər verir ki, 15 dəqiqəlik videoçarxda Ukrayna prezidenti müharibə ilinin əsas hadisələrini sadalayıb və sonda bu il qalib gəlmək üçün hər şeyi edəcəyinə söz verib.
“Bizə 3 gün vaxt verildi, amma bir ildir döyüşürük. Bütün dünya başa düşdü ki, Ukrayna müqavimət göstərə bilər. Avqustdan bəri Rusiya Silahlı Qüvvələri bir dənə də böyük şəhəri ələ keçirməyib", deyə o, qeyd edib.
Ukrayna lideri, həmçinin hərbçilərə, diplomatlara və müttəfiqlərə təşəkkür edib, ölənlərə başsağlığı verib.
Bizim.Media