ABŞ Müdafiə naziri Lloyd Ostin Ukraynaya döyüş təyyarələrinin tədarükünü elan etməyə hazır olmadığını bildirib.
Bizim.Media xəbər verir ki, Pentaqon rəhbəri bu barədə bu gün keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, Qərb ölkələri Ukraynanı mümkün qədər çox və tez bir zamanda sursatla təmin etməyə çalışacaq.
Pentaqon rəhbəri yaz aylarının Ukrayna-Rusiya müharibısində dönüş nöqtəsi olacağını qeyd edib:
“Müttəfiqlər Ukraynanın yazda öz hücumuna başlayacağına ümid edirlər”.
Bizim.Media