Türkiyədə baş verən zəlzələdə yox olan kənd - VİDEO

Türkiyədə baş verən zəlzələdə yox olan kənd - VİDEO

Hazırda oxunan: Türkiyədə baş verən zəlzələdə yox olan kənd - VİDEO

120203

Bir həftə əvvəl Türkiyədə baş verən dəhşətli zəlzələ ölkənin Malatya vilayətinə bağlı Kozluca məhəlləsindəki Böyük Məhəllə kəndini, demək olar ki, yox edib. 

Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, 130 evdən yalnız 10-u qalıb. Kənd sakinləri bildirib ki, həmin evlər yeni tikildiyi üçün dağılmayıb, amma onlarda da çatlar yaranıb. 

Havanın temperaturunun mənfi 20-yə qədər düşdüyü kəndin insanlarının çoxu çətin hava şərtlərində çadır da qura bilmir. 

Buna görə sakinlər kəndi tərk edib. Buna baxmayaraq, ümidini kəsməyənlər, oturub gözləyənlər də var.

Yer üzündən silinən kənddə zəzələ zamanı sadəcə bir nəfər dünyasını dəyişib.
 





Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO