Böyük Britaniyanın cənubunda və Fransanın şimalında yaşayan sakinlər bu gecə meteoritin düşdüyünü görüblər və bərk qoxuya düşüblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “France Info” nəşri yayıb.
Mənbə yazır ki, hadisə yerli vaxtla saat 04:00 radələrində qeydə alınıb.
Mütəxəssislərin fikrincə, bu, Yer atmosferinə daxil olan və La-Manş boğazı üzərində yanan “Sar 2667” adlı meteoritdir.
Bizim.Media