Qazi övladlarından türkiyəli yaşıdlarına JEST:

Qazi övladlarından türkiyəli yaşıdlarına JEST: "Yun corab..." - VİDEO

Hazırda oxunan: Qazi övladlarından türkiyəli yaşıdlarına JEST: "Yun corab..." - VİDEO

120141

Qusarda yük dolu yardım maşını Türkiyəyə yola düşərkən maraqlı anlar yaşanıb. 

Belə ki, hərbi hissənin qarşısında iki uşaq hərəkət edən maşına əl ediblər.

Bu məqamda sürücü maşını saxlayaraq, uşaqların yanına gəlib.

Bizim.Media xəbər verir ki, Vətən Müharibəsi qazisi olan Şamo Pirsaatovun azyaşlı övladları, Rəvan və Ömər sürücüyə əllərindəki kiçik bağlamanı verərək türk yaşıdlarına yun corab və Qusar şirniyyatları göndəriblər.

Qusarlı uşaqlar, sürücüdən onların yardımını Türkiyədəki həmyaşıdlarına şəxsən verməyi xahiş ediblər.

Məlumatı Bizim.Media-ya verən Qarabağ Əlilləri,Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar filialının sədri Canəli Hörmətov uşaqların bu jestinin sürücünü mütəəssir etdiyini deyib.
 


Aytəkin Alxaslı,Bizim.Media.Şimal bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO