Naxçıvanda taktiki-xüsusi təlim keçirildi -VİDEO

Naxçıvanda taktiki-xüsusi təlim keçirildi -VİDEO

Hazırda oxunan: Naxçıvanda taktiki-xüsusi təlim keçirildi -VİDEO

11955

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib. 

Bizim.Media xəbər verir ki, təlimə ordu aviasiyası və hava hücumundan müdafiə birləşmə və hissələri cəlb edilib.

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan hərbçiləri Türkiyədəki təlimlərdən qayıtdı - VİDEO


Uçuşlar zamanı hücum təyyarələri, atəş-dəstək və nəqliyyat-döyüş helikopterləri ilə yer hədəflərinə aviazərbələr praktiki uçuşla təqlid edilib, hava hücumundan müdafiə vasitələrinin təsirinin dəf edilməsi üçün ən aşağı hündürlükdə mürəkkəb pilotoji manevrlər yerinə yetirilib. 

Hava hücumundan müdafiə birləşmə və hissələri şərti hava düşmənini təqlid edən ordu aviasiyasının uçuşlarının aşkarlanması, izlənməsi və məhv edilməsi tapşırıqlarını məşq ediblər. 

Taktiki-xüsusi təlimdə qarşılıqlı fəaliyyətin uzlaşmasına nail olunub. 

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO