Zelenski Avropa Parlamentində çıxış etdi, sonda ağladı – VİDEO

Zelenski Avropa Parlamentində çıxış etdi, sonda ağladı – VİDEO

Hazırda oxunan: Zelenski Avropa Parlamentində çıxış etdi, sonda ağladı – VİDEO

119470

Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı, fevralın 9-da Avropa Parlamentində çıxış edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “hvylya.net” saytı yayıb. 

Mənbə yazır ki, Zelenski Avropa Parlamentində çıxışı zamanı Ukraynaya dəstəyə və ukraynalı qaçqınlara köməyə görə təşəkkür edib.

"Avropa! Biz müasir dünyanın ən böyük anti-Avropa gücündən özümüzü müdafiə edirik. Biz ukraynalılar sizinlə birlikdə döyüş meydanında özümüzü müdafiə edirik", - Ukrayna lideri bildirib.

Eyni zamanda o, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlanmasının vacibliyini qeyd edib və vurğulayıb ki, Ukrayna Avropanın ayrılmaz hissəsidir.

Onun sözlərinə görə, bu gün Avropaya təhlükə sovetin və İran kimi rejimlərin silahları ilə qidalanan diktatordan gəlir. 

Zelenski deyib ki, Kreml üçün 140 milyon vətəndaşının hamısı sadəcə olaraq silah daşıya bilən “bədən”dir.
O, qeyd edib ki, “yalnız bizim qələbəmiz” ümumi Avropa dəyərlərinin qorunub saxlanmasına təminat verə bilər.

Ukrayna lideri Avropanın hər bir ölkəsində yaşayan vətəndaşlara müraciət edərək vurğulayıb ki, hər bir insan ümumi nəticəyə və ümumi qələbəyə təsir edə bilər, çünki Avropanın taleyini heç vaxt siyasətçilər həll etməyib:

“Avropa nəhayət ki, Rusiyanın yanacaq asılılığından, Rusiya oliqarx biznesinin korrupsiya təsirindən, Avropa ölkələrində rejim əleyhdarları üçün “ov” təşkil edən Rusiya xüsusi xidmət orqanlarından xilas oldu”.

“Hazırda döyüşdə olan bütün ukraynalılara və ukraynalı qadınlara eşq olsun. Ukraynaya eşq olsun!", Ukrayna prezidenti Avropa Parlamentindəki çıxışını gurultulu alqışlarla tamamlayıb və sonda ağlayıb. 

Qeyd edək ki, Avropa Parlamentinin rəhbəri Roberta Metzolla da çıxış edib. O, vurğulayıb ki, ölkələr Ukraynaya qırıcı təyyarələrin verilməsinə qərar verməlidir.

“Biz Ukraynanı hərbi yardımla dəstəkləyirik və növbəti addım ölkələr tərəfindən qırıcı təyyarələrin verilməsi məsələsinə baxılmalıdır... Ukrayna Avropadır, sizin gələcəyiniz isə Avropa İttifaqındadır”, - o deyib.
Qeyd edək ki, Zelenski fevralın 9-da fransalı həmkarı Emmanuel Makronla birlikdə Brüsselə gəlib.

 


 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO