Fevralın 6-da qardaş Türkiyə Cümhuriyyətində baş vermiş ciddi dağıntı və insan tələfatı ilə nəticələnən zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə başladılan humanitar yardım kampaniyasına “Araztech” MMC də qoşulub.
Bizim.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında sakinlər tərəfindən könüllü formada təşkil olunan Türkiyəyə yardım kampaniyasında digər sahibkarlarla birlikdə “Araztech” MMC şirkəti də iştirak edib.
Şirkət tərəfindən təbii fəlakətdən zərər çəkmiş qardaş ölkə vətəndaşlarına yardım məqsədilə xüsusi təchiz olunmuş çadırlar və 60 nəfərlik səhra yataq dəsti göndərilib.
Bizim.Media