Gənclər və idman naziri Fərid Qayıbov açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, nazir qonaq olduğu “Şənbə axşamı” verilişində idmançıların bığ və saqqal saxlamasından söz açıb.
F.Qayıbov bildirib ki, özü bığ saxlamaq istəsə də, lakin həyat yoldaşı buna qarşı çıxıb:
“İndi saqqal çox populyardır. İndi bir çox gənclərimiz saqqal saxlayır. Belə bir trend varsa, niyə də yox? Mən də hər zaman bığ saxlamaq istəyirdim, amma yoldaşım icazə vermədi”.
Nazir, həmçinin ona göstərilən fotolarda hansı idmançıya saqqalın yaraşıb-yaraşmamasına da maraqlı cavablar verib.
Rəşad Əliyev, Bizim.Media