“ABŞ prezidenti Co Bayden bir gün Ukraynaya səfər edə bilər, lakin indi belə bir səfər onun planlarına daxil deyil”.
Bizim.Media xəbər verir ki, bu barədə cümə günü “CNN” telekanalına Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Kirbi qeyd edib ki, ABŞ rəhbəri bu səfəri vaxtı gələndə etmək istərdi, lakin düzgün an hələ çatmayıb.
Qeyd edək ki, yanvarın 25-də NBC telekanalı Amerika rəsmiləri arasından olan mənbələrə istinadən xəbər verib ki, Baydenin fevralda Avropaya səfəri gözlənilir.
Lakin mənbə ABŞ prezidentinin Rusiyanın xüsusi hərbi əməliyyatlarının başlanmasının ildönümünə təsadüf edəcək bu səfər çərçivəsində Ukraynaya da gedəcəyi barədə məlumat verməyib.
Bizim.Media