Dneprdə raket zərbəsindən dağılan binanın qalıqları altından daha bir şəxs xilas olunub. Qadının səsi dağıntılar altında eşidilib. Xilasetmə əməliyyatı 10 saatdan çox davam edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya UNİAN nəşrində yer alıb.
Daxili işlər naziri Denis Monastırski bildirib ki, qadın bu səhər xilas edilib.
Xatırladaq ki, bununla bağlı hadisə yerindən video yayımlayıb. Dnepr meri Boris Filatov bu əməliyyatın başlanğıcını öz gözləri ilə gördüyünü bildirib. Onun sözlərinə görə, hazırda evin dağıntıları altında ola biləcək daha 40 nəfər axtarılır:
“Bu səbəbdən qurbanların ümumi sayı əhəmiyyətli dərəcədə arta bilər. Biri uşaq olmaqla 21 nəfər ölüb. 13-ü uşaq olmaqla 71 nəfər xəsarət alıb. 38 nəfər xilas edilib”.
Qeyd edək ki, yanvarın 14-ü şənbə günü rus işğalçıları Ukraynanın bir sıra yaşayış məntəqələrinə, xüsusən Dnepr şəhərinə raket atıblar. Şəhərə “qatil” kimi tanınan X-22 raketi buraxılıb.
Raket yaşayış binasına - təxminən 1700 nəfərin yaşadığı 16 girişi olan doqquz mərtəbəli binaya düşüb. Hücum nəticəsində 200-ə qədər insanın yaşadığı girişlərdən (blok) biri tamamilə dağılıb.
İndi evdə işıq və qaz yoxdur. Dağılmayan girişlərdə (blok) pəncərələr sındırılıb. 1000-dən çox insanın mənzilə ehtiyacı var.
Bizim.Media