Qarabağ separatçılarını dəstəkləyən Çiçerina bu dəfə Ukrayna hərbçilərini təslim olmağa çağırdı - VİDEO

Qarabağ separatçılarını dəstəkləyən Çiçerina bu dəfə Ukrayna hərbçilərini təslim olmağa çağırdı - VİDEO

Hazırda oxunan: Qarabağ separatçılarını dəstəkləyən Çiçerina bu dəfə Ukrayna hərbçilərini təslim olmağa çağırdı - VİDEO

113090

Ermənipərəst rusiyalı müğənni Yuliya Çiçerina Ukrayna hərbçilərinə videomüraciət hazırlayıb. 

Bizim.Media xəbər verir ki, o, müraciətinə belə başlayıb:

“Biz uzun müddət nənələrimizin Donbassda bağlarda, dirəklərdə güllələnməsinə dözdük. Bütün sivil dünya buna göz yumub və indi hesabları ödəməyin vaxtıdır”.

Çiçerina Ukrayna ordusuna təslim olmağı məsləhət görüb:

"Günahlarınız bizim qulaqlarımızda donacaq və "rus dünyamıza" təmiz qayıdacaqsınız. Hamımızın arzusunda olduğumuz azadlığımızın vaxtı gəldi. İndi ölməz qəhrəmanlar və ya şərəfsiz satqınları seçmək zamanıdır”.

Xatırladaq ki, Çiçerina 22 oktyabr 2020-ci ildə qondarma “Donetsk Xalq Respublikası”nın vətəndaşlığını alıb. “DXR”in Xalq Milis İdarəsi tərəfindən "Donbasda xidmətə görə" xaçı ilə təltif edilib. O, həmçinin “DXR”in “Dostluq” ordenini də alıb.
Çiçerina 2020-ci ildə 2-ci Qarabağ Müharibəsində erməni tərəfini dəstəkləyib və oktyabrın əvvəlində əri Suxrab Rəcəbovla Xankəndinə gəlib. 

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko onun videomüraciətinə Tvitter hesabında münasibət bildirib:

“Bu, "rus müğənnisi" Çiçerinadır. Onun üçün müharibə əsl azadlıqdır. “Rus dünyası”nın əsl faşist fanatının siması və təhdidləri”.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO