Türkiyə yeni lazer silahını sınaqdan keçirdi – VİDEO

Türkiyə yeni lazer silahını sınaqdan keçirdi – VİDEO

Hazırda oxunan: Türkiyə yeni lazer silahını sınaqdan keçirdi – VİDEO

111658

Türkiyə ALKA lazer silahının növbəti sınaq mərhələsini həyata keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Rəyasət Heyətinin rəhbəri İsmayıl Dəmir özünün Twitter səhifəsində yazıb.

“Biz ALKA lazer silah sisteminin sınağının növbəti mərhələsini geridə qoyduq. Elektromaqnit müdaxilə sisteminə malik olan güclü lazer silahı radar vasitəsilə yerüstü və hava hədəflərini tapır, izləyir və bir saniyə ərzində məhv edir”, deyə Demir bildirib.

Anadolu Agentliyi istifadə edilən yeni qurğunun görüntülərini yayıb. Silah yerdəki hədəfə, kvadrokopterə və təyyarə tipli drona atəş açır. Hər dəfə hədəflər alovlanır və bir neçə saniyə ərzində zərərsizləşdirilir. 
Kadrlara görə, ALKA sistemi bir neçə moduldan ibarətdir. Onlardan biri yük maşınıdır. Onun kuzovunda lazer sistemi və radarı olan konteyner quraşdırılıb. Sistemin digər iki elementi stasionar konteynerlərdir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO