MEMATT sınaqlardan uğurla çıxdı - VİDEO

MEMATT sınaqlardan uğurla çıxdı - VİDEO

Hazırda oxunan: MEMATT sınaqlardan uğurla çıxdı - VİDEO

11097

Türkiyənin müdafiə sənayesinin istehsalı olan mexaniki minatəmizləyən maşın MEMATT yoxlama sınaqlarından uğurla keçib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədən alınan mina təmizləyənlərin texniki üstünlükləri - VİDEO


“Qardaş ölkə Azərbaycana ixrac etdiyimiz MEMATT 2020-ci ilin oktyabr ayından Milli Minatəmizləmə Mərkəzimiz tərəfindən beynəlxalq standartlarda sertifikatlaşdırma testlərinə cəlb olundu və bütün testlərdən keçərək tam qiymət aldı”, deyə Türkiyə MN-nin məlumatında bildirilir.

Xatırladaq ki, MEMATT 500 metr məsafədən idarə olunur. Texnika saatda 4 km sürətlə irəliləyə bilir. Torpaq qatının 25 sm dərinliyə qədər enib təmizləmə işləri aparır.

1,7 metr eni, 1 km uzunluğu olan ərazini 1 saat ərzində minalardan təmizləmə qabiliyyətinə malikdir.

Azərbaycan işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərini sürətləndirmək üçün Türkiyədən 20 ədəd MEMATT alıb.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO