Xalq artisti Emin: “Növbəti fitnes klubunu Şuşada açacağıq” – VİDEO

Xalq artisti Emin: “Növbəti fitnes klubunu Şuşada açacağıq” – VİDEO

Hazırda oxunan: Xalq artisti Emin: “Növbəti fitnes klubunu Şuşada açacağıq” – VİDEO

109907

“Bakıda açdığımız fitnes klubu bazar ertəsindən tam rejimdə işləyəcək. Biz şəhərin və ölkənin ən yaxşı klubuna iddialı olmaq istəyirdik. Təəssüf ki, Bakıda bir az gec açıldı”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti və iş adamı Emin Ağalarov təsisçisi olduğu yeni fitnes klubun paytaxtın mərkəzində açılış mərasimində deyib. 

Sənətçi yaxın zamanlarda sözügedən fitnes klubunun daha bir filialını Şuşada da açacağını bildirib. 

“Bu, 14-cü fitnes klubumuzdur və Azərbaycan ərazisində sonuncu klub deyil. Ümid edirəm ki, növbəti fitnes mərkəzlərindən birini Şuşada açacağıq. Əsas odur ki, baza qurub və sonra müxtəlif formatlarda bunu inkişaf etdirməkdir. “Zharafit” adlı yeni bir konsepsiyamız var. Biz hər kəsin büdcəsinə uyğun olacaq bu fitnes klubu Azərbaycana inteqrasiya etməyi planlaşdırırıq”. 

Dekabrın 12-i 43 yaşına qədəm qoyan E.Ağalarov ən dəyərli hədiyyəsini dörd yaşlı qızından aldığını açıqlayıb: 

“Görürsünüz, necə qocalmışam (gülür)? Ən parlaq və sevimli hədiyyəni dörd yaşlı qızım Afinadan aldım. Mənə öz yaradıcılığının rəsmini verdi. Çox gözəl idi”. 

Qeyd edək ki, Bakıda ötən gün açılış mərasimi keçirilən yeni fitnes klub E.Ağalarovun təsisçisi olduğu fitnes klub şəbəkəsinin bir qoludur. 

Rəşad Əliyev, Bizim.Media
 

 
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO