Evlilikdən əvvəl birgə yaşayışa necə baxırsınız? – Gənclər daha mühafizakar çıxdı - VİDEO

Evlilikdən əvvəl birgə yaşayışa necə baxırsınız? – Gənclər daha mühafizakar çıxdı - VİDEO

Hazırda oxunan: Evlilikdən əvvəl birgə yaşayışa necə baxırsınız? – Gənclər daha mühafizakar çıxdı - VİDEO

10875

Cəmiyyətimizdə belə fikir formalaşıb ki, avropalılar sərbəst münasibətlərə daha çox üstünlük verir. Onlar ailə “buxovları” altına girməmişdən əvvəl illərcə düşünürlər. 

Əslində isə statistika başqa rəqəmlərlə danışır.

Belə ki, statistikaya görə, Avropada 20 yaşdan yuxarı insanların 50% -i evlilikdə, 40% -i tək və ya valideynləri ilə, yalnız 10% -i nigahsız birlikdə yaşamağa üstünlük verir. 

Bu yaxınlarda türkiyəli aktrisa Farah Zeynəb Abdullahın “dünyaya uşaq gətirmək üçün evlənməyə ehtiyac yoxdur, birlikdə nigahsız da xoşbəxt yaşamaq olar” açıqlaması yenidən məsələ ətrafında müzakirələrə yol açıb. 

Azərbaycanda sərbəst münasibət isə əsasən qadın kişi tərəfdən ikiarvadlılıqla bağlı olur. Belə münasibətlər ortaya çıxdıqda isə, 85 % ailələrdə xəyanət kimi qəbul edilərək, boşanma ilə nəticələnir.

Bu məsələnin üstündən Bizim.Media şəhər sakinləri arasında qısa sorğu keçirib. Cavablar maraqlıdır, yaşlılar bu mövzuda daha rahat mülahizə yürüdür, cavanlar isə konservatorluq nümayiş etdirib. 

Sözügedən videoçarxı sizə təqdim edirik:
 



Vüsalə Balayeva, Aliyə İlyas, Vüqar Ağamalıoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO