Lukaşenkodan Qırğızıstan prezidentinə:

Lukaşenkodan Qırğızıstan prezidentinə: "Mercedes" xarab oldu, piyada gəldim" - VİDEO

Hazırda oxunan: Lukaşenkodan Qırğızıstan prezidentinə: "Mercedes" xarab oldu, piyada gəldim" - VİDEO

108736

Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək.

Bizim.Media xəbər verir ki, ölkə liderləri avtomobildə konqres zalına qədər gediblər, lakin Belarus prezidenti Aleksandr Lukaşenkonun avtomobili kortejdə görünməyib.

Bir müddət sonra içəri girən Lukaşenko qonaqları qarşılayan Qırğızıstan prezidenti Sadır Japarova yaxınlaşaraq “Mercedes”dən şikayətlənib.

“Gecikmişəm? Yox? Mersedes zəifdir, işə düşmürdü. Piyada gəldim” – deyə Lukaşenko qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO