Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrlə tiktokerlərin görüşü təşkil olunub.
Universitetin akt zalında keçirilən görüşdən yayılmış videoda bir neçə tiktokerin iştirak etdiyi, tələbələrin onları coşqu ilə alqışladığı görünür.
Sözügedən görüntülər sosial şəbəkələrdə müzakirə və tənqidlərə səbəb olub. Sözügedən universitetdən tələbələrlə tiktokerlərin görüşünə münasibət bildirilib.
Bizim.Media "oxu.az" a istinadən xəbər verir ki, universitetdə tiktokerlə görüşün UNEC-in tələbə təşkilatları tərəfindən keçirildiyi bildirilib:
“Bu məsələdə onlara seçim üçün tam sərbəstlik verilib. 11 tələbə təşkilatımız var, biz onlara sərbəstlik vermişik ki, özləri öz maraq dairələrinə uyğun olaraq vaxtlarını səmərəli keçirsin, kimi istəyirlər dəvət etsinlər. Biz kimi dəvət etdiklərinə nəzarət edirik, amma tələbələr özləri xoşladıqları tiktokerləri, bloqerləri dəvət edirlər.
Bizim tələbələr çox tədbirlər keçirirlər, burada şəhid ailələri ilə görüşlər də var, rəsmi tədbirlər də var. Tələbələrə arada belə əyləncə lazımdır. Bunu onların öz seçimlərinə buraxmışıq. Burada da qəbahət görmürük. Bu şəxslərin biletləri də satılır, konsertləri də təşkil olunur”.
Universitetdən bildirilib ki, burada qınağa səbəb olacaq qeyri-etik hərəkət yoxdur.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
12:58 / 09.12.2022
Tiktokerlərin tələbələrlə görüşü tənqid olundu: Universitetdən REAKSİYA - VİDEO
Hazırda oxunan: Tiktokerlərin tələbələrlə görüşü tənqid olundu: Universitetdən REAKSİYA - VİDEO
Hazırda oxunan: Tiktokerlərin tələbələrlə görüşü tənqid olundu: Universitetdən REAKSİYA - VİDEO
108731
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.