Moskvada ticarət mərkəzindəki yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Moskvada ticarət mərkəzindəki yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Moskvada ticarət mərkəzindəki yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

108661

Moskva vilayətində “Meqa Ximki” ticarət mərkəzindəki OBI hipermarketində baş verən yanğın söndürülüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsindən bildirilib.

Qeyd edək ki, yanğın 17 min kvadrat metr ərazini əhatə edib. Yanğın nəticəsində ticarət mərkəzinin mühafizəçisi ölüb.

Yanğının OBİ mağazasında elektrik naqillərindəki qısaqapanmadan baş verməsi, daha sonra partlayış nəticəsində geniş əraziyə yayılması ehtimal olunur.

*** 09:56

Moskvada “Meqa Ximki” ticarət mərkəzindəki OBI hipermarketində yanğın zamanı bir nəfər ölüb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


*** 09.26

Moskvadakı “Meqa Ximki” ticarət mərkəzindəki OBI hipermarketində partlayış olub.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, partlayışdan sonra güclü yanğın baş verib və tikilinin konstruksiyası uçub.

Yanğın 5 min kvadrat metr ərazini əhatə edir.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO