Paytaxtda terrorizmi təbliğ edən filmə qarşı etiraz aksiyası keçirilir – VİDEO 

Paytaxtda terrorizmi təbliğ edən filmə qarşı etiraz aksiyası keçirilir – VİDEO 

Hazırda oxunan: Paytaxtda terrorizmi təbliğ edən filmə qarşı etiraz aksiyası keçirilir – VİDEO 

107170

Almaniya və Yunanıstan istehsalı olan Türkiyəyə qarşı çəkilmiş “Odda - İki bacı” ("Sisters apart") filminin nümayişi planlaşdırdığına görə Bakıda "Landmark"ın qarşısında etiraz aksiyası keçirilib. 

Bizim.Media xəbər verir ki, nümayişçilər “Terrorizmə son”, “Türkiyə Azərbaycandır!”, “Yaşasın Azərbaycan-Türkiyə!”, “Rədd olsun PKK!”, “Rədd olsun terroristlər!”, “Terrora stop!” və digər şüarlar səsləndiriblər. 

Bakıda fəaliyyət göstərən kinoteatrlar filmin nümayişindən imtina ediblər. Buna səbəb isə Anti-Türkiyə mövzusunda lentə alınmış filmin məzmununun ölkəmizdə narazılıq yaratmasıdır. Buna baxmayaraq Almaniyanın Bakıdakı səfirliyi filmi gələn həftə "Landmark"da nümayiş etdirməklə bağlı sosial şəbəkədə elan yayıb. 
Aİ-nin Azərbaycandakı nümayəndəliyindən isə bildirilib ki, Avropa Film Festivalı çərçivəsində “Odda - İki bacı” filminin dekabrın 5-nə planlaşdırılan nümayişi ləğv edilib. 

Qeyd edək ki, filmdə cərəyan edən hadisələr əslən İraqdan olan Rojda adlı qadının həyat hekayəsini əhatə edir. Belə ki, o əslən kürddür və Almaniya ordusunda xidmət edir. O, anası ilə İraqdan qaçarkən bacısı itkin düşür. Rojda bacısını axtarmaq üçün təyinatını vətəninə saldırır və burada kürd pəşmərgə silahlılarına təlimlər keçir. 

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO