Məkkədə leysan yağışları iki nəfərin həyatına son qoydu - VİDEO

Məkkədə leysan yağışları iki nəfərin həyatına son qoydu - VİDEO

Hazırda oxunan: Məkkədə leysan yağışları iki nəfərin həyatına son qoydu - VİDEO

106206

Səudiyyə Ərəbistanının Məkkə şəhəri və ətraf rayonlarda cümə axşamı səhər saatlarında başlayan güclü yağışlar nəticəsində iki nəfər ölüb. 

Bizim.Media "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə krallığın eyniadlı əyalətinin hakimiyyət orqanları məlumat yayıb. 

Səudiyyə Ərəbistanı Milli Meteorologiya Mərkəzinin məlumatına görə, ən çox yağıntı Ciddə vilayətinin dənizkənarı ərazilərinə düşüb. Güclü yağışlar tufan külək və dolu ilə müşayiət olunub. 
Yerli hakimiyyət Məkkəni Ciddə ilə birləşdirən magistral yolu bağlayıb, bu şəhərlərin hava limanlarında uçuşların əksəriyyətini ləğv olunub. Mülki müdafiə xidmətləri əhalini hava şəraitinin normallaşacağına qədər zərurət olmadıqca evlərini tərk etməməyə çağırır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO