Bakı-Sumqayıt yolunda sərnişini bıçaqlayan sürücü saxlanıldı - VİDEO

Bakı-Sumqayıt yolunda sərnişini bıçaqlayan sürücü saxlanıldı - VİDEO

Hazırda oxunan: Bakı-Sumqayıt yolunda sərnişini bıçaqlayan sürücü saxlanıldı - VİDEO

105036

Bakı-Sumqayıt yolunda sərnişini bıçaqlayan sürücü saxlanılıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Paytaxtda "Prius" da CİNAYƏT – Sürücü yanında oturanı bıçaqladı - VİDEO 


O bildirib ki, Bakı-Sumqayıt şosesində sürücünün sərnişinə xəsarət yetirməsi ilə nəticələnən görüntülər araşdırılıb. Əməli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Tural Rəhimov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. 

İlkin araşdırmalarla T.Rəhimovun 1988-ci il təvəllüdlü Ə.Vəliyevi şəxsi münasibətlər zəmnində bıçaqla xəsarət yetirdiyi məlum olub. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin olunub.

Araşdırmalar davam etdirilir.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO