Toy karvanında avtoxuliqanlıq edən şəxs TUTULDU - VİDEO

Toy karvanında avtoxuliqanlıq edən şəxs TUTULDU - VİDEO

Hazırda oxunan: Toy karvanında avtoxuliqanlıq edən şəxs TUTULDU - VİDEO

104142

Şəkidə toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki rayon polis şöbəsi, Dövlət Yol Polis bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftəliyev məlumat verib. 

Bildirilir ki, şəhər sakini Fuad Cəfərzadə dostuna məxsus “VAZ-2107” markalı 45 BL 993 dövlət qeydiyyat nişanlı avtomobilə saxta nömrə və sayrışan işıqlar bağlayaraq Şəki şəhərində toy karvanında avtomobili yüksək sürətlə idarə edib.

Bu zaman o, toy karvanında iştirak edən digər avtomobilərə qarşı hərəkət zolağına çıxmaqla təhlükəli manevr etməklə ötüb keçərək, əyləci çəkib avtomobili yerində fırladaraq toy karvanının qarşısını kəsərək digər avtomobillərə qəza şəraiti yaradıb. 

Fuad Cəfərzadənin dostları onun bu qanunazid hərəkətlərini mobil telefona çəkərək sosial şəbəkələrdə paylaşıb. 

Bundan xəbər tutan Şəki DYP-nin əməkdaşları sürücünü müəyyən edərək faktı qanuna müvafiq qaydada sənədləşdirib və toplanmış materialı baxılması üçün rayon məhkəməsinə göndərib. 
Şəki rayon məhkəməsi Fuad Cəfərzadənin ictimai qaydaları və əhalinin dincliyini nümayişkəranə şəkildə pozduğuna, cəmiyyətə açıqca hörmətsizlik etdiyinə həmçinin yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq etdiyinə görə 1( bir) il müddətinə sürücülük hüququndan məhrum  edib. Bununla yanaşı o, 15 gün müddətinə inzibatı həbs edilib. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO