Ukrayna Xerson vilayətinin daha bir neçə ərazilərini azad edib.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri Xersonun Pravdino, Kiselyovka və Kalinovski, Borozenski və Snigirev kəndlərini nəzarətə götürərək ərazilərə ölkə bayrağı sancıblar.
Görüntülərdə azad olunan Snigirev kənd sakinlərinin məmnunluğu və Ukrayna bayraqları ilə hərbçiləri salamlamaları əks olunub.
Bizim.Media