İranda vəziyyət getdikcə gərginləşir, daxildə gedən aksiyaların miqyasi durmadan artır. İranın Zahidan, Xaş, Tehran, Lahican, Kərəc, Rəşt, Gilan və digər şəhərlərdə küçələrə çıxan narazı xalq “Xameneyiyə ölüm!” şüarları səsləndiriblər.
Bizim.Media xəbər verir ki, Tehranın Kərəc şəhərində azərbaycanlı gənc şairə Hədis Nəcəfinin 40 mərasimi ilə əlaqəli izdihamlı aksiya keçirilməyə başlayıb.
İnsanların iştirakına mane olmaq istəyən hökumət qüvvələrinin zorakılığı qarşıdurma ilə nəticələnib. Rejimdən narazı olan gənclər də hökumət mollasının libasını yandırdılar. Nəticədə 17 yaşlı Nima Nuri iki güllə ilə öldürülüb.
Molla rejiminin yürütdüyü yarıtmaz siyasət nəticəsində orda yaşayan soydalarımıza olan münasibət daha da kəskinləşib. Tehranın ikiüzlü siyasəti nəticəsində orada yaşayan azərbaycanlılar bütün hüquqlardan, hətta ana dilində təhsil almaqdan məhrum edilib. Din pərdəsi arxasında gizlənən İranın soydaşlarımızı sıxışdırması, farslaşdırmaq cəhdi onsuz da heç nəyi dəyişməyəcək.
Molla rejimi onlara qarşı nə qədər amansız davransa da, 35 milyonun ürəyindən Azərbaycan sevgisini çıxara bilməyəcək.
Arazın o tayına da, bu tayına da yaxşı məlumdur ki, bunun kökündə Azərbaycanın güclənməsi dayanır. Azərbaycan regionda gücləndikcə, rəsmi Tehranın narahatlıqları artır. İran rejiminin əli müsəlmanların qanına batan Ermənistan rəsmilərinə qucaq açması isə bir çox mətləblərdən xəbər verir. Faktlar göstərir ki, rəsmi Tehran Ermənistanın 30 il işğalda saxladığı Azərbaycan ərazilərini bərabər talayıblar. Ortaya çıxan faktlar göstərir ki, üzdə özünü dost göstərən İranın qəlbində əslində böyük bir Ermənistan sevgisi var.
İşğal dövründə Azərbaycan ərazilərindən öz məqsədləri üçün istifadə edən İran ermənilərin məscidlədə donuz saxlamasına və dini abidələri məhv etməsinə göz yumaraq qonşuluq siyasətinə necə sadiq olduğunu illərdir ki, belə göstərir.
Bir də axı insan haqlarının, ədalətin olmadığı ölkədən, insanları hələ də çarmıxa çəkməklə cəzalandıran İrandan bundan artıq nə gözləmək olar?
Ətraflı REAL TV-nin süjetində:
Bizim.Media
- A-
- A
- A+
Multimedia
18:05 / 06.11.2022
Molla rejiminin anti-Azərbaycan mövqeyi - VİDEO
Hazırda oxunan: Molla rejiminin anti-Azərbaycan mövqeyi - VİDEO
Hazırda oxunan: Molla rejiminin anti-Azərbaycan mövqeyi - VİDEO
103106
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.