Rusiyada səfərbəliyin ləğv olunduğu rəsmi şəkildə ELAN EDİLDİ - VİDEO 

Rusiyada səfərbəliyin ləğv olunduğu rəsmi şəkildə ELAN EDİLDİ - VİDEO 

Hazırda oxunan: Rusiyada səfərbəliyin ləğv olunduğu rəsmi şəkildə ELAN EDİLDİ - VİDEO 

102114

Ehtiyatda olan vətəndaşların hərbi xidmətə çağırılması ilə bağlı qismən səfərbərlik çərçivəsində bütün tədbirlər başa çatıb. 

Bizim.Media xəbər verir ki,  bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov video müraciətində bildirib. 

O bildirib ki, qismən səfərbərlik üçün istifadə edilən toplama məntəqələri əvvəlki təyinatına uyğun olaraq fəaliyyətinə davam edəcək.

Eyni zamanda, ehtiyatda olan vətəndaşların həqiqi hərbi xidmətə çağırılmasına cəlb olunan hərbi komissarlıqların şəxsi heyətinə də adi qaydada öz vəzifələrinə qayıtmaları barədə göstəriş verilib. 
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan edib. Ölkənin Müdafiə Naziri Sergey Şoyqu isə noyabrın 1-dən etibarən səfərliyin ləğv olunacağını açıqlayıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO