Rusiya prezidenti Vladimir Putin Moskvanın Kiyevin “çirkli bomba”dan (radioloji silah növlərindən biri) istifadə etmək planlarından xəbərdar olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, o, bu barədə MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət Rəhbərləri Şurasının 51-ci iclasının nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə danışıb.
Dövlət başçısı vurğulayıb ki, Qərb ölkələri Ukraynanı ağır silahlarla təmin edir.
“Rəsmi Kiyevin nüvə silahı əldə etmək istəyi ilə bağlı bəyanatlarına diqqət ayrılmır. Ancaq Kiyev rəsmiləri bu haqda açıq şəkildə bildiriblər. Təxribat üçün onların çirkli bomba adlandırılan bombadan da istifadə etmək planları var”, - Rusiya lideri bildirib.
Qeyd edək ki, bu gün, oktyabrın 26-da Vladimir Putin MDB nümayəndələri ilə görüşdən əvvəl Rusiyanın strateji nüvə qüvvələrinin distant təlimini izləyib.
Xüsusilə, Plesetskdən Kamçatkadakı Kura poliqonuna “Yars” qitələrarası ballistik raketi, həmçinin Barents dənizindən “Sineva” ballistik raketi buraxılıb. Tapşırıqların icrasına havadan qanadlı raketləri buraxan uzaqmənzilli Tu-95MS təyyarələri də cəlb olunub.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
16:20 / 26.10.2022
Putin: “Ukraynanın “çirkli bomba”dan istifadə etmək planlarından xəbərdarıq” - VİDEO
Hazırda oxunan: Putin: “Ukraynanın “çirkli bomba”dan istifadə etmək planlarından xəbərdarıq” - VİDEO
Hazırda oxunan: Putin: “Ukraynanın “çirkli bomba”dan istifadə etmək planlarından xəbərdarıq” - VİDEO
101282
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.