“Rusiya ordusu bütün Ukrayna azad olunana qədər dayanmayacaq, çünki bu ərazilər Rusiyanın ilkin torpaqları olub”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Çeçenistan rəhbəri Ramzan Kadırov oktyabrın 25-də özünün Telegram kanalında videomüraciətində səsləndirib.
“Bu, böyük cihaddır. Sizə söz verirəm: biz onlara hər gün hücum edəcəyik. Biz bu şeytanları əsir götürməyəcəyik, onları yandıracağıq”, - Kadırov qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın ərazisi təkcə Zaporojye və Xersonla məhdudlaşmır:
“Bizim Odessa, Kiyev, Xarkov və Ukraynanın digər vilayətlərinə hüquqlarımız var. Buralar Rusiya ərazisidir”.
“Uca Allahın adına and içirəm ki, biz dayanmayacağıq”, - Kadırov vurğulayıb.
“Mən vətənimi, ölkəmi, xalqımı, ənənələrimizi sevirəm. Vətəni yalnız sözlə sevənləri başa düşmürəm. Hazırda Vətənimizi parçalamaq, alçaltmaq, torpağımızı tapdalamaq və sonda inancımızı, mədəniyyətimizi ləkələmək istəyirlər. Məqsədləri də budur ki, kimliyimiz, ailə dəyərlərimiz olmasın. Bütün bunları görməyənləri başa düşmürəm”, deyə o bildirib.
Kadırovun fikrincə, orada (Ukraynanı nəzərdə tutur), Qərbdə Rusiyaya qarşı açıq şəkildə şeytanlar fəaliyyət göstərir:
“Şeytan demokratiyası ateistlərin hüquqlarını qoruyur, inanclıları isə təhqir edir. Və yaxud ənənəvi cütlüklər uşaqlarını valideynlik hüquqlarından məhrum edərək eynicinsli ailələrə verirlər. Bu, artıq Avropada qəbul edilib. Onlar bunu müasir, sivil hesab edirlər. "Kəmərdən aşağı" mövzusu onlar üçün daha önəmlidir. Mən bunda deqradasiyanı və şeytanlığı görürəm. Mən bu iyrəncliyə qarşı mübarizə aparmağı üstün tuturam. İstəmirəm bunlar ölkəmizi bürüsün”.
O, bu gün dövlətin, prezidentin vətəndaşlara ehtiyacı olduğunu deyib:
“Ona görə də ilk növbədə qafqazlılara müraciət edirəm: Qroznıda sevimli Peyğəmbərimizin karikaturalarına qarşı keçirilən mitinqi xatırlayın. Bir milyon insan bütün müsəlmanlar kimi narazılıqlarını bildirdilər”.
Kadırov hesab edir ki, Peyğəmbəri təhqir edən qüvvələr indi Ukraynada Rusiyaya qarşı vuruşurlar:
“Daha doğrusu, artıq bizim Rusiyanın torpağında vuruşurlar. Qroznıda etirazçılar Avropaya gedənlərin cavablarını verəcəklərini deyirlər. Bu dırnaqarası qəhrəmanlar indi haradadır? Özünə hörmət edən müsəlman bəhanə axtarmaz. Çeçen komandirlərimiz müdafiə əvəzinə yalnız hücuma keçmək qərarına gəliblər. Harada olurlarsa olsunlar, nə qədər yaxşı gizlənsələr də, bu şeytanları məhv edəcəyik. Beləliklə, bizdən yaxşı xəbər gözləyin. Və o xəbər gələcək. Öz ölkənizi sözdə deyil, əməldə sevin!”.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
14:42 / 26.10.2022
Kadırov: “Odessa, Kiyev, Xarkov və Ukraynanın digər vilayətləri bizim olacaq” – VİDEO
Hazırda oxunan: Kadırov: “Odessa, Kiyev, Xarkov və Ukraynanın digər vilayətləri bizim olacaq” – VİDEO
Hazırda oxunan: Kadırov: “Odessa, Kiyev, Xarkov və Ukraynanın digər vilayətləri bizim olacaq” – VİDEO
101257
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.