Fərid Qayıbov Zəngilanda idmançılarla yarışdı - VİDEO 

Fərid Qayıbov Zəngilanda idmançılarla yarışdı - VİDEO 

Hazırda oxunan: Fərid Qayıbov Zəngilanda idmançılarla yarışdı - VİDEO 

100624

Zəngilanda “Zəfər yürüşü” turnirinin triatlon yarışında gənclər və idman naziri Fərid Qayıbov idmançılarla yarışıb.  

Bizim.Media xəbər verir ki, nazir dünən axşam saatlarında turnirdə iştirak etməklə bağlı qərar verdiyini bildirib:  

"Bu, planda yox idi. Qərara gəldim ki, idmançılarla birlikdə qaçım. Məsafə böyük deyil, 2 km-dir. Səhər saatlarında velosiped sürmək barədə də düşündüm.

Sağ olsunlar təşkil etdilər. Velosiped sürdüm və həm də qaçdığım üçün duatlon edə bildim. Hazırlaşmağa vaxt olmadığı üçün bir az çətin gəldi" – deyə nazir qeyd edib. (Report.az) 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO