Şimal bölgəsinin dağlıq rayonlarına bu gecə ilin ilk qarı yağıb. Artıq havanın temperaturu da mənfiyə düşüb.
Quba ərazi hidrometerologiya müəssisəsindən Bizim.Media-ya verilən məlumata görə, bu gün səhər Qubanın Qrız kəndində -2,6 dərəcə şaxta qeydə alınıb, 3 sm hündürlüyündə qar yağıb.
Qubanın Xınalıq kəndi də ağ örpəyə bürünüb. Yerli sakinlərin sözlərinə görə, bu kəndə də 3 sm-ə qədər qar yağıb. Rayonun Dalıqaya, Qusarın Ləzə kəndlərinə, Şahdağ turizm mərkəzinə də qar yağdığı bildirilir.
Qarın yaşayış məntəqələrində hər hansı fəsada yol açmadığı qeyd olunub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu