Nazirlikdən YENİLİK - Bu sürücülərə hədiyyə verilir - FOTO/VİDEO

Nazirlikdən YENİLİK - Bu sürücülərə hədiyyə verilir - FOTO/VİDEO

Hazırda oxunan: Nazirlikdən YENİLİK - Bu sürücülərə hədiyyə verilir - FOTO/VİDEO

100118

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Sabunçu və Qaradağ  rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərinə müraciət edən vətəndaşların məmnunluğu üçün daha bir yenilik edilib. 

Bizim.Media DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, qeyd edilən mərkəzlərə avtomobilini texniki cəhətdən saz vəziyyətdə təqdim edən və il ərzində yol hərəkəti qaydalarını pozmayan nümunəvi sürücülərə Müayinə Mərkəzinin əməkdaşları tərəfindən xüsusi hədiyyələr təqdim edilir.

Bundan başqa Texniki Baxış Məntəqələrində vətəndaşların rahatlığını təmin etmək məqsədi ilə sürücülərə çay, kofe və su təklif edilir.  

Qeyd edək ki, Texniki Müayinə Mərkəzləri hər gün səhər saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir. Sürücülərdən xahiş olunur ki, texniki baxışa avtomobillərini saz vəziyyətdə təqdim etsinlər.
Bundan başqa vətəndaşlar avtomobillərinin texniki baxışdan keçirilməsi ilə əlaqədar onları maraqlandıran məsələlərin operativ öyrənilməsi üçün 012-511-08-40 nömrəli qaynar xətlə də əlaqə saxlaya bilərlər. 

Bizim.Media
 


Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO