Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlıları nümunəvi hərbi təlim keçiriblər - VİDEO

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlıları nümunəvi hərbi təlim keçiriblər - VİDEO

Hazırda oxunan: Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlıları nümunəvi hərbi təlim keçiriblər - VİDEO

100071

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının “Qafqaz Qartalı 2022” adı altında keçirilən birgə hərbi təlimləri davam edir. 

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xüsusi təyinatlıların Vaziani təlim bazasında keçirilən nümunəvi təlimlərini Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı general-mayor Georgi Matiaşvili izləyib.

Qeyd olunub ki, xüsusi təyinatlılar hava dəstəyi, paraşütlə tullanma, zirehli nəqliyyat vasitələri ilə hücum, binanın mühasirəsi kimi müxtəlif döyüş tapşırıqlarını icra edərək öz bacarıqlarını nümayiş etdiriblər.

Hərbçilər AN-2 tipli təyyarələrdən paraşütlə tullanma elementlərini icra ediblər. 

Məlumatda vurğulanıb ki, “Qafqaz Qartalı 2022” təlimlərinin məqsədi Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı bölmələri arasında sinxronlaşdırma və koordinasiya imkanlarını dərinləşdirmək, təcrübə paylaşımı etmək, qarşılıqlı əməliyyat qabiliyyətini artırmaq və çoxmillətli mühitdə komanda və nəzarəti inkişaf etdirməkdir. 
Vurğulanıb ki, “Qafqaz Qartalı 2022” təlimlərində iştirak edən xüsusi məqsədli qruplar atəş və tibbi təlimlər, məskun ərazilərdə döyüş əməliyyatları ilə bağlı təcrübə paylaşımı edəcəklər.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO