Müharibə kömürdən asılılığı artırır -  Qiymətlər rekord həddə yüksəldi

Müharibə kömürdən asılılığı artırır - Qiymətlər rekord həddə yüksəldi

Hazırda oxunan: Müharibə kömürdən asılılığı artırır - Qiymətlər rekord həddə yüksəldi

179664
Rusiya-Ukrayna müharibəsinin təsiri ilə kömürə tələbat gözlənildiyindən çox artıb və qiymətlər rekord həddə yüksəlib.

Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, təbii qaz problemləri ilə başlayan qlobal enerji böhranının kömür böhranı ilə davam edəcəyi qorxusu yaranıb.
Təbii qazda tədarük problemləri və elektrik enerjisindən istifadənin artması ilə keçən ildən etibarən kömürə olan tələbatda sürətli artım müşahidə olunur.
 
Rusiyanın Ukraynaya hücumu kömürə tələbi artırdı və nəticədə qiymətlər rekord səviyyəyə qalxdı.

Son aylara qədər kömürün bir tonunun qiyməti 280 dollar idi. Rusiyanın Ukraynaya müdaxiləsindən sonra qiymətlər 440 dollara qədər yüksəlib.

Bahalaşmaya baxmayaraq, analitiklər kömürün hələ də ucuz yanacaq növləri arasında olduğunu bildirirlər.

Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə, 2021-ci ildə kömürdən elektrik enerjisi istehsalı əvvəlki illə müqayisədə 9 faiz artıb. Bu, ən böyük artım kimi qeydə alınıb. 2022-ci ildə ümumi kömür istehlakının təxminən 2 faiz artaraq 8 milyard tondan çox olacağı və ən azı 2024-cü ilə qədər bu səviyyələrdə qalacağı gözlənilir.

Qeyd edək ki, dünyada təbii qazın bahalaşmasına təsir edən əsas amillərdən biri Avropada elektrik enerjisi istehsalında kömürdən tədricən imtina edilməsidir. Bu vəziyyət bütün dünyada təbii qazın qiymətinin artmasına səbəb olur.

Amma təbii qaz qiymətlərinin daha böyük sürətlə artması yenidən kömürə tələbi artırıb. Keçən il Avropa Birliyində kömürdən istifadə 12 faiz artıb. Bu, 2012-ci ildən bəri ilk artım idi.

ABŞ-da kömür istehlakı 12 faiz artarkən, Asiya, Afrika, Latın Amerikası, Hindistan və Çində də istehlak artıb.


Vasif
Sfera.az

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO