Sfera.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin müavini Vendi Şerman deyib.
"İnsanlar içməli su üçün qarı əridir. Rusiyanın bombardmanlarından gizlənən bir ana jurnalistlərə üç qızına gündə cəmi 1 qaşıq bal verdiyini deyib. Şəhər rəsmiləri insanların aclıqdan ölməyə başladığını deyirlər.
Rusiya donanması Ukrayna limanlarına girişi əngəlləməklə taxıl ixracını dayandırır. Onlar dünya bazarı üçün ərzaq daşıyan 94-ə yaxın gəminin Aralıq dənizinə çıxmasının qarşısını alırlar", - Şerman bildirib.
Turan Rzayev