Milyonçudan ukraynalılara təyyarə jesti - FOTO

Milyonçudan ukraynalılara təyyarə jesti - FOTO

Hazırda oxunan: Milyonçudan ukraynalılara təyyarə jesti - FOTO

176756
İsveçrəli milyonçu Quido Flurinin son addımı müzakirə obyektinə çevrilib.

Sfera.az bildirir ki, martın 22-də Fluri, 90 ukraynalını Polşanın Krakov hava limanından icarəyə götürülmüş təyyarə ilə İsveçrənin Sürix şəhərinə çatdırıb. Onların çoxu qadınlar və uşaqlar olub.
 
Gənc yaşda anasından alınaraq himayədar ailəyə verildiyini bildirən Fluri ukraynalı ailələrin vəziyyətini başa düşdüyünü deyib: 
 
"Əgər bacarıramsa, kömək edərəm. Həyatda sonradan bəxtin gətirəndə əziyyət çəkənlərlə məsuliyyətli davranmağı öyrənməlisən".

Fluri, ümumilikdə 400 sığınacaq axtaranı İsveçrəyə gətirməyi planlaşdırdığını açıqlayıb. "Mümkün qədər kömək edəcəyik. Pul problem deyil", - deyə iş adamı əlavə edib.

Xatırladaq ki, bundan qabaq, Quido Fluri martın 8-də 150 nəfəri təyyarə ilə Polşadan İsveçrəyə aparıb. İş adamı 80 nəfərin avtobusla Sürixə çatmasına kömək edib. BMT-nin məlumatına görə, müharibə başlayandan bəri ən azı 3,6 milyon insan Ukraynadan başqa ölkələrə qaçıb. İsveçrənin yerli hakimiyyət orqanları indiyədək ölkəyə 13 min ukraynalı qaçqının daxil olduğunu bildirib.

Günay Rəsulqızı
Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO