Bakıda 8 Mart yürüşü keçiriləcək? - DİN-dən AÇIQLAMA

Bakıda 8 Mart yürüşü keçiriləcək? - DİN-dən AÇIQLAMA

Hazırda oxunan: Bakıda 8 Mart yürüşü keçiriləcək? - DİN-dən AÇIQLAMA

174770
Hər il qadın haqları fəalları Bakının mərkəzində 8 mart Beynəlxalq Qadınlar günündə aksiya keçirirlər. Aksiya iştirakçıları adətən qadınlara qarşı zorakılıq edilməsini və qadınların qətlə yetirilməsini pisləyir, "Şiddətə susma!”, "Şiddətə dözmə!” kimi şüarlar səsləndirirlər. Amma əksər hallarda keçirilən yığıncaqların icazəsiz olduğu irəli sürülərək polislər tərəfindən qarşısı alınır.
 
Bəs, bu il vəziyyət necə olacaq?

Bununla bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru, Elşad Hacıyev Sfera.az-a bildirib ki, paytaxt ərazisində hansısa məzmunda, sayda "flashmob”un təşkilinə və keçirilməsinə icazə verilmir:

"Xüsusi karantin rejim çərçivəsində kütləvi tədbirlərlə bağlı tətbiq edilən məhdudiyyətlər qüvvədədir”.

Günay Rəsulqızı
Sfera.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO