“Məryəm” filmi beynəlxalq festivallara təqdim olunacaq

“Məryəm” filmi beynəlxalq festivallara təqdim olunacaq

Hazırda oxunan: “Məryəm” filmi beynəlxalq festivallara təqdim olunacaq

99894

"Dövlət sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan rejissor Elçin Musaoğlunun "Məryəm" tammetrajlı bədii filmi hazırda beynəlxalq kino festivallarına təqdim olunma mərhələsindədir".

Bu barədə Mədəniyyət Nazirliyindən Bizim.Media-ya bildirilib.

Qeyd olunub ki, filmin festival həyatı başa çatdıqdan sonra onun kütləvi nümayişi ilə bağlı tarix müəyyən olunacaq.

Xatırladaq ki, filmin süjet xətti ölmüş bildiyi atasını görmək üçün uzun illər sonra Azərbaycana gələn və onu ucqar rayonda yerləşən ruhi-əsəb xəstəxanasında tapan Məryəm adlı qızdan bəhs edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO