"Avqustun 14-də "Honq-Konqa getdik. Əvvələr hər zaman gəlirdi, pandemiyaya görə iki il gələ bilmirdi. Orada bir ay yaxşı vaxt keçirdik. Sentyabrın 26-da qayıtmalı idik. O zaman anamın səhhəti pisləşdi. Bakıya qayıtmalı idik. On günün içində anam vəfat etdi".
Bu sözləri Əməkdar incəsənət xadimi Rühəngiz Qasımovanın qızı Canana Paşa-Süleymani Bizim.Media-ya açıqlamasında deyib.
Qızı sənətkarın son sözlərini dilə gətirib:
"Mənə söylədi ki, uşaqlar üçün bozbaş bişirməyi yaddan çıxartma. Mahir nəvəm necədir? Uşaqlarımı yaddan çıxartma".
Canana anasının bütün orqanlarının fəaliyyətinin dayandığını və bu səbəbdən vəfat etdiyini açıqlayıb:
"Bütün orqanları birdən dayandı. Belə fikrə gəldik ki, anam atamın rəhmətə getməsindən sonra yaşamaq istəmirdi. Atamın vəfatından doqquz ay keçib. Anam ömrü boyu güclü insan olub. O istəsəydi, yaşaya bilərdi".
Müsahibənin sonunda sənətkarın qızı bildirib ki, anasının Honq-Konqda dəfn olunmasından söz gedə bilməzdi. O, yalnız Azərbaycana gətirilərək, burada ailəvi məzarlıqda torpağa tapşırılmalı idi.
"Atam da Yasamal qəbiristanlığında dəfn olunub. Söhbət belə gedə bilməz ki, anam başqa yerdə dəfn olunsun. Honq-Konqda dəfn olunması mümkün deyil. Tarixdə ilk dəfədir ki, azərbaycanlı Honq-Konqdan Azərbaycana dəfn olunmaq üçün gətirilib. Sənəd işləri çox çətin oldu. Amma düzəldi. Anam Allah adamı idi. Heç kim inanmırdı ki, Honq-Konqda sənədləri düzələ bilər və o, Bakıya gətirilər”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
13:32 / 12.10.2022
Rühəngiz Qasımovanın qızı: “Anamın Honq-Konqda dəfn olunması mümkün deyildi” – VİDEO
Hazırda oxunan: Rühəngiz Qasımovanın qızı: “Anamın Honq-Konqda dəfn olunması mümkün deyildi” – VİDEO
Hazırda oxunan: Rühəngiz Qasımovanın qızı: “Anamın Honq-Konqda dəfn olunması mümkün deyildi” – VİDEO
98857
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.