Lənkəran teatrı “Casus” tamaşasının premyerasına hazırlaşır – FOTO  

Lənkəran teatrı “Casus” tamaşasının premyerasına hazırlaşır – FOTO  

Hazırda oxunan: Lənkəran teatrı “Casus” tamaşasının premyerasına hazırlaşır – FOTO  

98546

Lənkəran Dövlət Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Casus” tamaşasına ictimai baxış keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə  Teatrın ədəbi-dram hissəsinin rəhbəri Ağaddin Babayev məlumat verib. 

A.Babayev bildirib ki, süjet xətti “Kitabi-Dədə Qorqud” eposundan qaynaqlanan bu səhnə əsərində Oğuzun təəssübkeşi kimi daim çıxış edən Dədə Qorqud casusun kim olduğunu bildirsə də, bu məsələyə insani mövqedən yanaşmağa qərar verir.
Bunun üçün o, Boğazca Fatmanı onun casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edərək ölümdən xilas yolunu ona göstərir... 

Tamaşanın quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıələsgərlidir. 

Rolları Xalq artisti Qabil Quliyev (Dədə Qorqud), Əməkdar artist Sucəddin Mirzəyev (Qazan xan), artistlərdən Əlibala Əsgərov (Bayandur xan), Qızılgül Quliyeva (Boğazca Fatma), Aynur Əhmədova (Burla xatun), Miraslan Ağayev (Şirşəmsəddin), Allahverən Babayev (Bəkil), Əbülfəz Axindov (Aruz qoca), Səyyad Əliyev (Beyrək) və başqaları ifa ediblər. 

Tamaşadan sonra keçirilən müzakirədə Mədəniyyət Nazirliyinin nümayəndələri Könül Cəfərova və Günay Gümbətova çıxış edərək maraqlı və məzmunlu tamaşanın hazırlanmasından məmnun qaldıqlarını bildirərək yaradıcı kollektivə uğurlar diləyiblər. 
Qeyd edək ki, yaxın günlərdə “Casus tamaşasının premyerası keçiriləcək. (Report) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO