Anar Kərimov UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin konfransında iştirak edib - FOTO 

Anar Kərimov UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin konfransında iştirak edib - FOTO 

Hazırda oxunan: Anar Kərimov UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin konfransında iştirak edib - FOTO 

96582

Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində keçirilən UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransında ("Mondiacult 2022") iştirak edib. 

Bizim.Media xəbər verir ki,nazir  bu barədə şəxsi “twitter” hesabında yazıb. 

“Meksikada keçirilmiş Mədəniyyət Nazirlərinin Konfransında Azərbaycanı UNESCO-da təmsil etməkdən şərəf duyuram.

24 illik fəaliyyətdən sonra mədəniyyət nazirləri sülhün və davamlı inkişafın təmin edilməsində mədəniyyətin rolu haqqında fikirləşmək üçün bir araya gəliblər. Mondiacult 2022 liderliyinə görə Meksikanı təbrik edirik”, - Anar Kərimov qeyd edib. 
Qeyd edək ki, "Mondiacult 2022" UNESCO tərəfindən irəli sürülən təşəbbüslərə əsaslanaraq davamlı inkişaf naminə mədəniyyət üzrə qlobal siyasət dialoquna yeni təkan verməyi hədəf seçib. Konfransda 160-a yaxın ölkənin mədəniyyət nazirləri daxil olmaqla, 1 500-dən çox qonaq iştirak edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO