“Azərbaycanı tərk etmək fikrim yoxdur” – “Yuğ” teatrının baş rejissoru ilə MÜSAHİBƏ

“Azərbaycanı tərk etmək fikrim yoxdur” – “Yuğ” teatrının baş rejissoru ilə MÜSAHİBƏ

Hazırda oxunan: “Azərbaycanı tərk etmək fikrim yoxdur” – “Yuğ” teatrının baş rejissoru ilə MÜSAHİBƏ

93847

“Azərbaycanı tərk etmək fikrim yoxdur” – “Yuğ” teatrının baş rejissoru ilə MÜSAHİBƏ
“Bizim teatrlarda  Sovet dövrünün bəzi ənənələri hələ də qalır, amma 21-ci əsr başqa yanaşmalar tələb edir. Əgər bilet satışı azdırsa, onu artırmağın yollarını işləyib tapmalı və daha sonra piar kompaniyasına start verməliyik. Bura təbii ki, öz binası və auditoriyası olan teatrlar daxildir. 7 ildir ki, “Yuğ” teatrının öz binası yoxdur və biz müvəqqəti olaraq “Kukla” teatrının binasında fəaliyyət göstəririk”.

Bu fikirləri Bizim.Media-ya verdiyi özəl müsahibədə “Yuğ” teatrının yeni təyin olunan rejissoru Mikayıl Mikayılov söyləyib. Baş rejissorla söhbətimizi təqdim edirik.         

- Yaxın zamanlarda “Yuğ” teatrının baş rejissoru təyin olundunuz. Nə zamansa bunu arzu etmişdinizmi?

- “Yuğ”dan təklifləri uzun müddət öncə almışdım, amma razılaşmırdım. Çünki xaricdə yaşayırdım və müəyyən qədər vaxt məhdudiyyətim var idi. Yuğ teatrı mənə çox doğma olduğu üçün bu təklifi qəbul edərək məsuliyyəti öz üzərimə götürdüm. Bura həm də “Yuğ”-da uzun illər çalışmağım və teatrı  əfsanəvi rejissor Vaqif İbrahimoğlunun yaratması faktları da daxildir. Yaradıcı tərəfdən teatrın potensialı var və bu potensialın işlək olması üçün məkan məsələsi həll olunmalıdır. O zaman truppada inam da artacaq. 21-ci əsrdir və hər şey rəqəmsallaşdırmaya doğru gedir, amma sosial media meneceri kimi ştatlar təssüf ki, hələ də teatrlarımızda tətbiq olunmur.

- Bina məsələsinin bu qədər uzanması nə ilə bağlıdır? Mədəniyyət Nazirliyi ilə “Yuğ” teatrının ciddi bir problemi yoxdur ki?

- Problemin tez bir zamanda həll olunmasını arzu edirik və görüşlərimiz zamanı bunu nazirlik rəsmilərinin də diqqətinə çatdırırıq. Mədəniyyət Nazirliyi ilə teatrımızın heç bir problemi yoxdur və teatr işçilərinin maaşları da nazirlik tərəfindən ödənilir. Düşünürəm ki, bina məsələsi onların da diqqətindədir. Ən azı yeni bina tikməsələr də hazır binalardan birini təmir edib istifadəyə verə bilərlər.

- Mikayıl bəy, sizcə teatrlarımızın dünyaya çıxmasına nə mane olur?

- İlk növbədə prodüserlik məsələsi, çünki teatrlarımızın marketinqə yanaşması hələ ki, post-sovet ənənələri ilə inkişaf edir. Biz teatrlarımıza marketinqi Avropada tətbiq olunan formada gətirməliyik.

- Cəmiyyətdə dolaşan fikirlərdən biri də budur ki, Azərbaycanda teatr proses olaraq yoxdur. Bunu faktlarla da əsaslandıranlar olur. Razısınızmı?

- Fəaliyyətdə olan teatrlarımız tamaşa qoyurlar və onların hər birinin yaradıcı heyyəti və özünə görə kütləsi var, amma teatr kollektiv sənətdir. Məsələ budur ki, tetrlarda baş verən proseslər cəmiyyətə tam çatdırılmır. Azərbaycan teatrı bu gün təhlil olunmur. Fraqmentar olaraq tamaşalardan yazılır, amma ümümi təhlil haqqında heç kim yazmır. Yəni bir növ proses olaraq inkişaf üçün teatrşünaslıq məktəbinin də irəlliləməsi lazımdır. Onların apardıqları təhlillər prosesin inkişafı üçün çox önəmlidir.

- Sizcə bu problemin kökündə nə dayanır? Əgər problemi sırf yazmaqda görürsünüzsə, öz qələminizi də sınaya bilərsiniz. Digər həmkarlarınızdan Mehriban Ələkbərzadə, Azərpaşa Nemətovun tamaşalarını təhlil edərək prosesi canlandırmaq olmazmı?

- Mən teatr tənqidçisi deyiləm və rejissorun rejissor haqqında yazması qeyri-etik anlaşıla bilər. Hər il universitetdə tetrşünaslığı bitirən tələbələr sanki yox olur. Çünki yazmaq üçün mühit yoxdur. İndi “teatro.az” saytı var və orada proffissional qələm adamlarının yazıları çap olunur. Həmçinin tələbə yazıları da paylaşılır, Bu teatrımız adına çox böyük işdir, amma bu kimi platformaların sayı artırılmalıdır.

- Yeni mövsümdən danışaq. Yuğ teatrı mövsümü nə vaxt və hansı tamaşa ilə açacaq?

- Teatrımızda yeni mövsüm Oktyabrın 1-də Gümrah Ömərin qurluşunda “Mürafiə Vəkillərinin Hekayəti” ilə başlayacaq. İlk baxış media üçün keçiriləcək. Noyabrda “Kloun Biz” tamaşası Almatı Beynəlxalq Festivaında iştirak edəcək. Günay Səttar “Toy dəstgahı” tamaşasını hazırlayacaq. Həmçinin mən “İllujin” tamaşası üzərində işləyəcəyəm. Rejissor Tural Mustafayev isə Zillerin “Ata” pyesini hazırlayacaq. Nəzərə alın ki, biz bunları binasız və şəraitsiz vəziyyətdə mümkün edirik.

- Uzun illər Rusiya teatrlarında fəaliyyət göstərmisiniz. Bəs gələcəkdə yaxşı bir məbləğ müqabilində yenidən xaricdə çalışmaq istərdinizmi?

- Xarici teatrlarla əməkdaşlıq etmək istərdim. Ümumiyyətlə, isə davamlı olaraq köçüb başqa bir yerdə yaşamaq və Azərbaycanı tərk etmək kimi bir fikrim yoxdur.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO