Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan edib.
Bizim.Media xəbər verir ki, yeni təmirdən çıxan teatr binasında fəaliyyət göstərəcək sənət ocağının kollektivi yaradıcılıq planlarını müzakirə ediblər.
Teatrın direktoru Naidə İsmayılzadə, Baş rejissoru, Əməkdar İncəsənət xadimi Mehriban Ələkbərzadə ötən mövsümdə teatrın və kollektivin həyatında, yaradıcılığında baş verən mühüm hadisələrdən söz açıblar.
Bu il yubileyini qeyd edən Əməkdar artist Şövqi Hüseynov teatrın diplomuna layiq görülüb.
Qeyd edək ki, yeni mövsümdə Gənc Tamaşaçılar Teatrı 44 günlük Zəfər savaşımızdan bəhs edən “Balaca kişilər”, (Müəllif: İlqar Fəhmi, quruluşçu rejissor: Nicat Kazımov) “Kod adı V.X.A” (Müəllif və rejissor: Mehriban Ələkbərzadə), uşaqlar üçün R.Kiplinq “Mauqli” (Rejissor: Elşad Rəhimzadə) kimi yeni tamaşalarla sənətsevərlərin görüşünə gələcək.
Mövsümü isə uşaqlar üçün “Şirinlər”, böyüklər üçün “Qağayı” tamaşaları ilə açacaq.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
15:20 / 06.09.2022
Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan etdi - FOTO
Hazırda oxunan: Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan etdi - FOTO
Hazırda oxunan: Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıq elan etdi - FOTO
92360
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.