Mədəniyyət naziri Misir səfiri ilə görüşdü - FOTO

Mədəniyyət naziri Misir səfiri ilə görüşdü - FOTO

Hazırda oxunan: Mədəniyyət naziri Misir səfiri ilə görüşdü - FOTO

91628

Mədəniyyət naziri Anar Kərimov Misirin ölkəmizdəki səfiri Hişam Mohamed Nağı Abdel Həmid ilə görüşüb.

Bizim.Media nazirliyə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin hazırkı vəziyyəti və planlaşdırılan layihələr haqqında fikir mübadiləsi aparılıb.

Səfiri salamlayan Anar Kərimov Misir ilə ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. 

Səfir Hişam Mohamed Nağı Abdel Həmid səmimi qəbula görə nazirə təşəkkürünü bildirib. Diplomat səfirliyin nazirlik tərəfindən həyata keçirilən layihə və təşəbbüslərdə iştirakından məmnunluğunu vurğulayıb.
Daha sonra görüş qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi ilə davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO