Gülyanaq Məmmədova: “Həm Azərbaycanın, həm də Özbəkistanın Xalq artisti olmaq qürurvericidir” – ÖZƏL 

Gülyanaq Məmmədova: “Həm Azərbaycanın, həm də Özbəkistanın Xalq artisti olmaq qürurvericidir” – ÖZƏL 

Hazırda oxunan: Gülyanaq Məmmədova: “Həm Azərbaycanın, həm də Özbəkistanın Xalq artisti olmaq qürurvericidir” – ÖZƏL 

91152

“Özbəkistanın Xalq artisti adına layiq görüldüyüm üçün çox xoşbəxt, məmnun və sevincliyəm. Bu ada layiq görüldüyüm üçün isə ilk növbədə Özbəkistan prezidentinə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm”.  

Bu sözləri Xalq artisti Gülyanaq Məmmədova Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.  

Bu gün Özbəkistan prezidenti Şavkat Mirziyoyev tərəfindən Xalq artisti fəxri adına layiq görülən sənətçi sevinc və fəxarət hisslərini bu cür dilə gətirib.  

“Həm Azərbaycanın, həm də Özbəkistanın Xalq artisti olmaq çox qürurvericidir. Buna görə şəxsən öz adımdan cənab Prezidentimiz İlham Əliyevə sonsuz minnətdarlığımı bildirirəm. Bu günə qədər Özbəkistana dəvətlərimdə mənə yardımçı olan Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasova minnətdarlığımı bildirirəm. 

Onun bu işlərdə zəhməti və əməyi var. Çünki hər zaman onun dəvətləri ilə Özbəkistana üz tutub, orada konsert proqramlarında çıxış etdim. Sonuncu dəfə may ayında Özbəkistanda canlı solo konsert proqramı ilə çıxış etmişəm. Orada yeddi konsert verdim.

İki-üç il əvvəl Özbəkistan-Azərbaycan dostluğuna həsr olunmuş “Uluğumsan Vətənim, Özbək mahnısı” nəğməsinə klip çəkdirdim. O klipi izləyib, özbəkistan xalqına və mədəniyyətinə böyük sevgimi görə bilərsiniz. Bizim tariximiz, mədəniyyətimiz kökdən bir-birinə sıx bağlarla bağlıdır. O qədər yaxındır, hətta eynidir” – deyə G.Məmmədova bildirib.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO