Gülyanaq Məmmədovaya “Özbəkistan Respublikasının Xalq artisti” adı verildi

Gülyanaq Məmmədovaya “Özbəkistan Respublikasının Xalq artisti” adı verildi

Hazırda oxunan: Gülyanaq Məmmədovaya “Özbəkistan Respublikasının Xalq artisti” adı verildi

91133

Özbəkistanda azərbaycanlı elm və mədəniyyət xadimləri mükafatlandırılıb.

Bizim.Media Özbəkistanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalisti Gülyanaq Məmmədovaya “Özbəkistan Respublikasının Xalq artisti” adı verilib.

Bundan başqa, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri Almas Binnətova “Dostluq” ordeni ilə təltif ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO