Feminist orkestrin dirijoru kimdir? – VİDEO

Feminist orkestrin dirijoru kimdir? – VİDEO

Hazırda oxunan: Feminist orkestrin dirijoru kimdir? – VİDEO

90567

Uzun illər Azərbaycanda hər cürə qarşıdurmaya zəmin yaratmaq istəyən qüvvələr xalqın sonunda gerçəkləri dərk etdiyini görəndə, daha zəif nöqtələrə sirayət etməyə çalışdılar. Və tapdılar da...

Ciddi müşahidə və araşdırma aparan hər kəs başa düşür ki, ölkəmizdə ən həssas məqam QADINDIR.

Hətta cəmiyətimizin ən ağır və ağrılı problemləri də qadınla bağlıdır. Azərbaycan cəmiyyətini məhz QADIN bəndinə hücum etməklə zəiflətmək ağıllarına gəldi. Sütun kimi dayanan ailə institutu da bu məhvərdən laxlamağa başladı. Bunu indi kim dana bilər ki?
Bu baxımdan son illər feminist hərəkatlara üstünlük verilib və Azərbaycanda da özünü biruzə verir.

Ötən gün paytaxtın mərkəzində özlərini “feminist fəallar” adlandıran bir qrup şəxsin iştirakı ilə növbəti kiçik miqyaslı etiraz baş tutub. Diqqət çəkən isə onların şüarıdır: “Qoy bizə qarşı olsun, polis, dövlət, ata, ər..."

Hələ etiraza qatılan və siyasi fəaliyyətlə məşğul olan kişiciklərin də bu şüarı səsləndirməsi başqa bir aləmdir.

Qərbin məkrli qüvvələrinin “Tarqovı”dan gələn səsləri

Azərbaycanda özlərini feminist adlandıran şəxslərin fəaliyyətini anlamaq üçün ölkənin xarici siyasət kursunu diqqətli bir şəkildə izləmək lazımdır. Çünki bu kursdakı hər hansı kiçik dəyişiklik, obrazlı desək kimlərinsə quyruğunun basılmasının əks-sədası Tarqovının mərkəzindən gəlir. Məhz belə anlarda hay-həşir salan bəlli olduğu kimi, bu hay-həşiri sifariş edən də özünü bəlli edir.

Xatırlayırsınızsa, iyulun 18-də “Caspian Plaza”-da Almaniya Bundestaqının nümayəndə heyəti ilə feministlər və bir sıra hüquq müdafiəçiləri arasında görüş keçirildi. Lakin Azərbaycanla Avropa İttifaqı arasında neft sazişinin imzalandığı gündə baş tutan görüş feministlər üçün heç də ürəkaçan nəticələrlə yadda qalmadı. Neft sazişinin kölgəsində keçən görüşdə feministlərə kübar şəkildə “diqqətli” olmaları məsləhət görüldü.
Elə həmin gündən sonra da özlərini feminist adlandıran şəxslər sanki yer yarılıb yerin altına çəkildi. Həftə səkkiz mən doqquz Bakının mərkəzində etiraz aksiyası planlaşdıran qruplaşma üzvləri niyəsə siyasi proseslərdən bir müddət kənarlaşmağı seçdilər.

Lakin tək fəaliyyətləri dənizkənarı bahalı restoranların birində insident törətmək olan qruplaşma, birdən birə susqunluq dövlərini başa vurub və elə çirməlik paltarında da meydana çıxmaq ehtiyacı hiss ediblər.

Xarici səfirliklərlə birbaşa əlaqələrini və xaricdən aldıqları qrantları gizlətməyən qruplaşma üzvlərinin birdən-birə fəallaşmasının arxasında hansı səbəblərin olduğu yəqin ki, hər kəsə aydındır.

Bu insanlar üçün səsləndirilən şüarların, oxunan mahnıların və etiraza səbəb olan hadisələrin bir mənası yoxdur. Yetər ki, “tapşırıq” müvəffəqiyyətlə icra olunsun, hesabatlara yazılması üçün “keys”lər hazırlansın və növbəti ilin “qrant büdcəsi” təmin edilsin.

Hansısa qadının zorakılığa məruz qalması, öldürülməsi, ərindən boşanması feministlər üçün sadəcə hesabat materialıdır.

Hüquq mübarizəsi, yoxsa xaos?

Ən təəccüblüsü isə feministlərin Azərbaycan müxalifəti içərisində büründüyü rolla bağlıdır. Özlərini “əsl demokrat”, qalan hər kəsi isə “gerici, mühafizəkar, patriarxal düşüncə sahibi” adlandıran qruplaşma uzun müddətdir ki, ölkə müxalifətini də özləri ilə hesablaşmağa vadar edir.

Qocaman partiya rəhbərləri sırf bu qruplaşmanın dilinə düşməmək, onların həyasızlığına tuş gəlməmək üçün susur və sakitcə boyun əyirlər. Feministlərlə hesablaşmaq, onlarla sıx münasibət qurmaq, aksiyalarına qatılmaq isə “əsl demokratikliyin” simasına çevrilib.
Əslində, oyun çox primitivdir, bütün kontrları da açıq görünür. Məsələ orasındadır ki, cəmiyyət abırsızlıq qarşısında abır nümayiş etdirir. Amma bir şey dəqiqdir ki, bu cür məslələrdə həya nümayiş etdirdikcə, abırsızlaşmış bir cəmiyyətlə üz-üzə qalacağıq.

Çünki bu məxluqatın şəxsi kimliyi göz önündədir, onlar örnək ola bilməz, ya da ki, baxıb həqiqi örnək götürmək lazımdır. Çünki onlar satqındırlar, məqsədləri isə sifariş yerinə yetirib yalla yalaşmaqdır.

Çox uzağa getməyə ehtiyac yoxdur, cəmi bir neçə ay əvvəl qruplaşma daxilində baş verən insident bəzi femnistlərin intim həyatlarını hər kəsin gözləri önünə sərdi.

Qadın azadlığından, qadın hüquqlarından danışan şəxslərin həyatlarının öz mübarizələri ilə necə tərs mütənasib olduğu, necə saxta göründüyü bir daha məlum oldu.

Qeyri-səmimi, məqsəd və məramdan yoxsun mübarizənin kimlərin əlində nələrə səbəb olacağını isə sizlər düşünün.

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO