"Bəxt üzüyü"nün Sedası ABŞ-da VƏFAT ETDİ

Hazırda oxunan: "Bəxt üzüyü"nün Sedası ABŞ-da VƏFAT ETDİ

88949

Azərbaycanın tanınmış müğənnisi, aktrisa Firəngiz Rəhimbəyli vəfat edib.

Bizim.Media xəbər verir ki, aktrisa ABŞ-da 62 yaşında infarktdan dünyasını dəyişib.

Qeyd edək ki, Firəngiz Rəhimbəyli 1960-cı ildə Ağdam rayonunun Şişpapaqlı kəndində anadan olub.

O, ötən əsrin 80-ci illərinin sonunda Azərbaycan müasir estradasının yaradıcılarından birinə çevrilib. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyli “Əgər məni unutsan”, “Bu sevgi”, “İnanıram bu sevgiyə”, “Bizim dağlar”, “Ana torpaq”, “Məhəbbətim gələcək”, “Gülə-gülə”, “Bəri bax”, “Oğlan” adlı mahnılar ifa edib. Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru isə “Bəxt üzüyü” filmindəki Sevda rolu gətirir.

O, 1993-cü ildən ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Firəngiz Rəhimbəyli 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub.

Allah rəhmət eləsin!

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO