Muzey Hacıbaba Hüseynovun nəvəsinin dediklərini TƏKZİB ETDİ: “Bizə heç kimin dəfi lazım deyil”

Muzey Hacıbaba Hüseynovun nəvəsinin dediklərini TƏKZİB ETDİ: “Bizə heç kimin dəfi lazım deyil”

Hazırda oxunan: Muzey Hacıbaba Hüseynovun nəvəsinin dediklərini TƏKZİB ETDİ: “Bizə heç kimin dəfi lazım deyil”

87921

Muğam sənətimizin unudulmaz simalarından olan Hacıbaba Hüseynovun nəvəsinin ifaçıdan yadigar qalan dəfinin mərhumun ailəsi tərəfindən 150 min dollara satışa çıxarıldığı barədə məlumat vermişdik.

İfaçının nəvəsinin Bizim.Media-ya dediklərinə görə dəfi pulsuz əldə etmək istəyənlər arasında Azərbaycan Milli İncəsənət Muzeyi də olub.

Azərbaycan Milli İncəsənət Muzeyindən Bizim.Media-ya verilən açıqlamada isə Hacıbaba Hüseynovun nəvəsinin muzey haqqında söylədiyi fikirlər təkzib olunub:
 

MÖVZU İLƏ BAĞLI:

Nəvəsi Hacıbaba Hüseynovun dəfinin qiymətini 150 min dollara qaldırdı – “Biz dəfi pul üçün satmırıq”


“Diqqətinizə çatdırmaq istərdik ki, muzeyin heç bir əməkdaşı tərəfindən mərhum muğam ifaçısı Hacıbaba Hüseynovun ailəsinə nəsil yadigar olan dəfinin muzeyimizə hədiyyə olunması ilə bağlı müraciət olunmayıb. Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan incəsənətinin tarixini, incəliklərini əks etdirən kifayət qədər eksponat var. Bizə heç kimin dəfi lazım deyil”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO